Narkotacir iş başında yaxalandı - FOTO

Narkotacir iş başında yaxalandı - FOTO
  11 İyun 2018    Oxunub:1782
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzVision.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Zərdab RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayon sakini Gəray Yusifov saxlanılıb. G. Yusifov 1 kiloqram 345 qram narkotik vasitə olan marixuananı 500 manata satarkən yaxalanıb. Faktla bağlı araşdırma aparılır.




AzVision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti