Siyəzəndə ana doğuşdan sonra ölüb

Siyəzəndə ana doğuşdan sonra ölüb
  12 İyun 2018    Oxunub:1412
Siyəzən rayonunda doğuşdan sonra ölüm faktı qeydə alınıb.

Respublika Perinatal Mərkəzin direktoru Sevinc Məmmədova AzVision.aza bildirib ki, hamilə Aytən Qasımova Siyəzən Regional Diaqnostika Mərkəzində keysəriyyə əməliyyatı olunub.
“Əməliyyat fəsadsız keçib. Əməliyyatdan sonra reanimatik müşahidədə olan zaman ana ağrıkəsici vurulmasını xahiş edib. Ağrıkəsici vurulandan sonra qadın ona reaksiya verib və vəfat edib. İlkin rəy budur. Meyit təşrih olunandan sonra komissiyada işə baxılacaq və dəqiq məlumat vermək mümkün olacaq”, - deyə direktor vurğulayıb.

S.Məmmədova qadının ikinci hamiləliyi olduğunu bildirib.

Aytən Zəhra
AzVision.az



Teqlər: Siyəzən   Ölüm  





Xəbər lenti