Balakən RPŞ əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Gərəkli kənd sakini Tahir İsmayılov saxlanılıb.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan AzVision.az-a verilən məlumata görə, onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman orada aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 9 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək maddi sübut kimi götürülüb. Faktla bağlı RPŞ-də araşdırma aparılır.