
Saxlanılan şəxslər oğurladıqları məişət əşyalarını Sumqayıt şəhəri ərazisində yerləşən müxtəlif metal qəbulu məntəqələrinə dəyər-dəyməzinə satdıqlarını və əldə edilən pulu aralarında böldüklərini bildiriblər. Əməliyyat tədbirlərinin davamı olaraq həmin metal qəbulu məntəqələrinin də sahibləri müəyyən ediliblər. Onların obyektlərinə baxış zamanı oğurlanan əşyaların bir qisnmi aşkar edilərək maddi sübut kimi götürülüb.

Qeyd edilən faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Saxlanılanların digər cinayətlərdə iştirakları da istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətinə və ya Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edə bilərlər.
AzVision.az