Regional Aqrokimya laboratoriyaları yoxlanıldı
Dövlət Xidmətinin rəisi sonra Tovuz rayonundan olan fermerlərlə sahədə görüşlər keçirərək Tovuz Aqrokimya laboratoriyasının fəaliyyəti barədə məlumat verib. Camal Quliyev bildirib ki, onlar laboratoriyanın imkanlarından istifadə etməklə, əkinlərə gübrələrin balanslaşdırılmış şəkildə verilməsini təmin edə bilərlər. Bu da öz növbəsində məhsulun maya dəyərinin azalmasına, keyfiyyətinin yaxşılaşmasına və məhsuldarlığın artmasına səbəb olacaq.
Fermerlərin diqqətinə çatdırılb ki, 2017-ci ildə Tovuz və Göygöl regional aqrokimya laboratoriyalarında torpaq mühiti, duzluluq, qida maddələri və mikroelementlərin təyini üzrə analizlər aparılıb və torpaq sahələri üçün kartoqramların hazırlanması işlərinə başlanılıb: “Bu laboratoriyalarda əkin sahələrində və digər kənd təsərrüfatına yararlı torpaqlarda aqrokimyəvi tədqiqat işlərinin aparılması təşkil edilir. Eyni zamanda, sahələrə aqrokimyəvi pasportların verilməsi və kartoqramların hazırlanması həyata keçirilir, torpağın morfoloji, fiziki-kimyəvi, mexaniki və bioloji xüsusiyyətlərindən asılı olaraq kənd təsərrüfatı bitkilərinin qida maddələri, rütubət ehtiyatı ilə təmin edilməsi müəyyənləşdirilir, torpağın qida maddələri ilə təminolunma dərəcəsindən, bitkilərin bioloji xüsusiyyətindən və məhsuldarlıqdan asılı olaraq tələb olunan gübrə normaları müəyyən edilir. Yuxarıda sadalanan işlər fermerlərə və torpaq mülkiyyətçilərinə dövlət dəstəyinin gücləndirilməsi sahəsində mühüm əhəmiyyətə malik olacaq”. C. Quliyev bildirib.
Görüş çərçivəsində fermerlərin qaldırdıqları məsələlər və problemlər qarşılıqlı müzakirə olunub və həlli istiqamətində müvafiq tapşırıqlar verilib.
AzVision.az
Teqlər: KTN