Boya sexindəki yanğın söndürülüb - Yenilənib

Boya sexindəki yanğın söndürülüb - Yenilənib
  13 İyun 2018    Oxunub:1982
Binəqədi rayonunda sexdə baş vermiş yanğın söndürülüb.
Bu barədə AzVision.az-a Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən məlumat verilib.

Hadisə nəticəsində xəsarət alan yoxdur.

**

Bakı şəhəri, Binəqədi rayonu ərazisində boya sexində yanğın baş verib. AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir.

Yanğın məhdudlaşdırılıb. Ətraf ərazilərə təhlükə yoxdur. Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti