Bakıda və Biləsuvarda yanğın olub

Bakıda və Biləsuvarda yanğın olub
  14 İyun 2018    Oxunub:1134
Bakı şəhəri və Biləsuvar rayonunda yanğın hadisələri baş verib.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xəzər rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli evin (tikilməkdə olan) dam örtüyünün taxta atmaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Biləsuvar rayonunda isə 1 ha biçilmiş və 0,5 ha sahədə biçilməmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti