“FES-in qərarı manata təsir etməyəcək” - Elman Rüstəmov

  14 İyun 2018    Oxunub : 509
“FES-in qərarı manata təsir etməyəcək” - Elman Rüstəmov
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcəsini artırması Azərbaycan manatına təsir etməyəcək.
AzVision.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Baş banki bildirib ki, ilin sonuna inflyasiyanın birrəqəmli həddə olacağı proqnozlaşdırılır. Onun sözlərinə görə, ötən beş ay ərzində orta inflyasiya 3,2 faiz olub. ÜDM-in 15,4 faiz səviyyəsində profisit formalaşıb.

"Ticarət balansının müsbət saldosu 2,1 dəfə, xidmətlər balansının kəsiri 2 dəfədən çox azalıb, qeyri-neft sektoru 14,2 faiz yüksəlib. İlin sonuna ticarət balansının əlverişli olacağı gözlənilir. Xarici valyutada depozitlərin geniş pul kütləsində çəkisi 2,1 faiz təşkil edib", - E.Rüstəmov qeyd edib.

AzVision.az

Teqlər: Elman-Rüstəmov   Mərkəzi-Bank   FES   manat