9 tona yaxın narkotik məhv edilib

9 tona yaxın narkotik məhv edilib
  14 İyun 2018    Oxunub:1555
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonunun Bıçaqçı kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar edilib. Əraziyə baxış zamanı oradan ümumi çəkisi 8 ton 835 kiloqram olan 5493 ədəd çətənə kolu götürlərək məhv edilib. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti