Oğurluq edən 3 nəfər tutuldu

Oğurluq edən 3 nəfər tutuldu
  15 İyun 2018    Oxunub:1178
Oğurluq etdiyinə görə tutulmuş Əskər Əkbərovun ətrafında Xəzər RPİ 2-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun daha 4 evdən inşaat materialları, qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilib.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, bundan başqa Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 13-də Yeddioymaq kəndindəki evlərin birindən 1000 manat dəyərində qızıl əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini Sadiq Zeynalov saxlanılıb.

Eyni zamanda Tərtər RPŞ-nin əməkdaşları tərəfindən iyunun 13-də Bayandurlu kəndindəki evlərin birindən 385 manat oğurlamaqda şübhəli bilinən rayon sakini olan bir yeniyetmə saxlanılıb.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti