Sabah yağış yağacaq, şimşək çaxacaq

  16 İyun 2018    Oxunub : 982
Sabah yağış yağacaq, şimşək çaxacaq
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu və əsasən yağmursuz olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.
Havanın temperaturu gecə 18-22° isti, gündüz 27-32° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı - 753 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-60 faiz olacaq.

Abşeron yarımasının şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) şimal-qərb küləyi axşam arabir güclənəcək. Dəniz suyunun temperaturu 21-22° isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə şimal-qərb küləyi axşam arabir güclənəcək. Dəniz suyunun temperaturu 22-23° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Leysan xarakterli olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 28-33° isti təşkil edəcək.

Yuxarı Qarabağ - Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında səhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 8-13° isti, gündüz 15-20° isti olacağı gözlənilir.

AzVision.az

Teqlər: ETSN   hava   yağış