Biləsuvarda ağır qəza: Ölən və yaralılar var

Biləsuvarda ağır qəza: Ölən və yaralılar var
  17 İyun 2018    Oxunub:1823
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Biləsuvar rayonunda “Mercedes” və “VAZ” markalı minik avtomobilləri toqquşub.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı minik avtomobilində sıxışmış vəziyyətdə qalmış sürücünün cəsədini, xəsarət almış 2 nəfər sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

AzVision.az




Teqlər: FHN   Qəza  





Xəbər lenti