35 yaşlı İmişli sakini Araz çayında batıb

  17 İyun 2018    Oxunub : 483
35 yaşlı İmişli sakini Araz çayında batıb
Ötən gün Araz çayının İmişli rayonunun Göbəktala kəndi ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 180 km aralı, nəzarətsiz ərazidə) batdığı ehtimal olunan 1983-cü il təvəllüdlü İmanov Nizaməddin Kamal oğlunun axtarışları başa çatıb.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, N.İmanovun cəsədi Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

AzVision.az

Teqlər: FHN