Şamaxıda yük maşını “VAZ”la toqquşub

  17 İyun 2018    Oxunub : 687
Şamaxıda yük maşını “VAZ”la toqquşub
Ötən gecə Şamaxı rayonunda “Qazel” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobili toqquşub.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sıxışmış vəziyyətdə qalmış sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

AzVision.az

Teqlər: FHN   Şamaxı