Çaylarda suyun səviyyəsi azalıb

Çaylarda suyun səviyyəsi azalıb
  22 İyun 2018    Oxunub:904
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-80, Kiçik Qafqazın çaylarında 70-120, Lənkəran-Astara çaylarında 50-150, Naxçıvan Muxtar Respublikası çaylarında isə 20 faizini təşkil edir.
Departamentdən AzVision.az-a bildiriblər ki, iyunun 22-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində üç santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 345 kubmetr olmaqla ongünlük normanın 85 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 268 kubmetr təşkil etməklə ongünlük normanın 66 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 11 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 182 kubmetr olmaqla ongünlük normanın 110 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 122 kubmetr təşkil edərək ongünlük normanın 73 faizinə bərabər olub.

İyunun 22-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 10, Şirvanda 14, Salyanda 6, Bankədə 11, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dörd santimetr azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 396 (ötən il iyunun 22-də 376 santimetr), Şirvanda 283 (ötən il iyunun 22-də 283 santimetr), Salyanda 207 (ötən il iyunun 22-də 220 santimetr), Bankədə 196 (ötən il iyunun 22-də 199 santimetr), Araz çayının Novruzlu məntəqəsində isə 101 santimetr (ötən il iyunun 22-də 80 santimetr) təşkil edir.

AzVision.az


Teqlər: ETSN   Çay  





Xəbər lenti