İyunun 23-də saat 12 radələrində Sabunçu qəsəbəsi ərazisində qəsəbə sakini Anar Hüseynov “QAZel” markalı avtomobillə qardaşının qızı - 1 yaşlı Məryəm Hüseynovanı vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, nəticədə xəsarət alaraq xəstəxanaya yerləşdirilən uşaq orada ölüb.