Novxanıda maşınla vurulan piyada ölüb

Novxanıda maşınla vurulan piyada ölüb
  09 İyul 2018    Oxunub:3794
İyulun 8-də saat 22 radələrində Abşeron rayonu Novxanı kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Naxçıvan şəhər sakini Rasim Cəfərov vurulub və nəticədə piyada hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Moskviç” markalı avtomobilin sürücüsü, kənd sakini Nurlan Müseyibov saxlanılıb. Abşeron RPİ tərəfindən araşdırma aparılır.


AzVision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti