Qəbələdə qanunsuz ağackəsimi aşkarlanıb

Qəbələdə qanunsuz ağackəsimi aşkarlanıb
  16 İyul 2018    Oxunub:4407
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən Qəbələdə reyd keçirilib.
ETSN-in mətbuat xidmətindən AzVision.az-A verilən məlumata görə, reyd zamanı Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən 15 iyulda Qəbələ rayonunun Bum meşəbəyliyinin 6 saylı dolayında gecə saat 4 radələrində “URAL” markalı dövlət nömrə nişanı olmayan avtomobil saxlanılıb.



Avtomobilin yük yerində qanunsuz yolla əldə edilmiş 8 m3 həcmində yaş fıstıq cinsli meşə materialı aşkar edilib və sənədləşmə işləri aparılır. Qanun pozucusu barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə toplanmış materiallar rayon polis şöbəsinə göndəriləcək.



AzVision.az


Teqlər: ETSN   Reyd  





Xəbər lenti