Nazirliyin mətbuat xidmətindən
AzVision.az-a verilən məlumata görə, sözügedən ünvana keçirilən baxış zamanı ağac kəsintisi faktı aşkar edilməyib. Araşdırma zamanı ərazidə pilot layihə çərçivəsində “Qismət-M Construction” MMC tərəfindən köhnə beşmərtəbəli binanın sökülərək yerində çoxmərtəbəli yaşayış binasının və yeraltı avtomobil daynacağının tikildiyi müəyyən edilib. Dayanacağın girişindəki müxtəlif cinsli bioloji inkişafda olan 6 ədəd ağacın dayanacaq fəaliyyət göstərəcəyi təqdirdə kəsilmə təhlükəsi altında qalacağı qeydə alınıb.
Faktla bağlı akt tərtib olunub və ağacların qorunub mühafizə olunması, aqrotexniki qulluq göstərilməsi məqsədilə MMC-yə icrası məcburi olan “məcburi göstəriş” verilib.
AzVision.az