6 ayda 41 minə yaxın vergiödəyicisi qeydə alınıb

6 ayda 41 minə yaxın vergiödəyicisi qeydə alınıb
  24 İyul 2018    Oxunub:7554
Bu ilin birinci yarısında vergiödəyicilərinin qeydiyyatı və uçotu sahəsində müsbət dəyişikliklər müşahidə olunub, qeydiyyatdan keçmiş vergiödəyicilərinin sayı 40 min 706 (6 min 33 hüquqi şəxs, 34 min 673 fiziki şəxs), fəaliyyətini bərpa etmiş vergiödəyicilərinin sayı isə 47 min 477 təşkil edib.
Vergilər Nazirliyinin media və kommunikasiya mərkəzindən AzVision.az-a verilən məlumata görə, qeydiyyata alınmış və fəaliyyətini bərpa etmiş vergiödəyicilərinin ümumi sayı fəaliyyətini dayandırmış və vergi uçotu ləğv edilmiş vergiödəyicilərinin sayından 6 min 681 vergiödəyicisi qədər çox olub. Həmin dövrdə 8501 NKA qeydiyyata alınıb, POS-terminalların sayı son bir ildə 36 faiz çoxalıb.

AzVision.az


Teqlər: Vergilər-Nazirliyi  





Xəbər lenti