Naxçıvan 53 ölkə ilə ticarət əməliyyatı aparıb
Büdcəyə köçürülmüş gömrük ödənişləri 2017-ci ilin eyni dövrü ilə müqayisədə 722 min 502 manat çox olub. Hesabat dövründə 53 ölkə ilə 212 milyon 318 min 800 ABŞ dolları dəyərində ticarət əməliyyatları aparılıb. İxrac əməliyyatları əsasən, Türkiyə, İran, Gürcüstan, Rusiya, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri ilə həyata keçirilib.
İxracın strukturunda sənaye məhsullarının payı 79 faiz olub.
AzVision.az