Arpa sahələrinin 98.4 faizi biçilib

  26 İyul 2018    Oxunub : 11737
Arpa sahələrinin 98.4 faizi biçilib
25 iyul 2018-ci il tarixinə olan məlumata əsasən respublikanın rayonlarında 972.8 min hektar sahədə taxıl biçini aparılıb. Bunun 641.7 min hektarı buğda, 331.1 min hektarı arpa sahələridir.
Kənd Təsərrüfatı Nazirliyindən AzVision.az-a verilən məlumata görə, hazırki məlumatlara əsasən, buğdanın orta məhsuldarlığı 30.1 s/ha, arpanınkı isə 27.6 s/ha təşkil edir. Arpa biçininin 98.4%-i, buğda biçininin isə 94.7%-i yerinə yetirilib.

Məlumatda həmçinin bildirilib ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti tərəfindən 28 ədəd (Bakı – 13, Bərdə - 5, Beyləqan – 2, Cəbrayıl – 3, Mingəçevir – 1, Şəki – 2, Şirvan – 1, Xaçmaz – 1) kənd təsərrüfatı texnikası dövlət qeydiyyatına alınıb, 31 ədəd (Bakı – 13, Bərdə - 5, Beyləqan – 2, Cəbrayıl – 3, Mingəçevir – 1, Şəki – 2, Şirvan – 1, Xaçmaz – 1, Qəbələ - 3) kənd təsərrüfatı texnikasına dövlət texniki baxışı keçirilib. 17 nəfərə isə (Ağsu – 1, Bakı – 1, Bərdə - 1, Beyləqan – 1, Gəncə - 3, İmişli – 3, Lənkəran – 2, Quba – 4, Şəki – 1) kənd təsərrüfatı texnikasını və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi verilib (dəyişdirilib).

AzVision.az

Teqlər: Buğda   Arpa   KTN