Ucarda ağır yol qəzası - 3 nəfər yaralanıb

Ucarda ağır yol qəzası - 3 nəfər yaralanıb
  28 İyul 2018    Oxunub:6380
Ucarda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə bu gün günorta saatlarında Bakı-Qazax yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Şəlalə Ramil qızı Quliyeva idarə etdiyi "Kia Rio" markalı minik avtomobili ilə hərəkətdə olarkən əvvəlcə qarşısına çıxan inəyi vurub. Daha sonra idarəetmə itdiyindən avtomobil yoldan çıxaraq aşıb.

Xəsarət alan Ş. Quluyeva Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına, sərnişinləri- 1992-ci il təvəllüdlü Turanə Füzuli qızı Məmmədova və 1991-ci il təvəllüdlü Leyla Ramiz qızı Mirzəzadə müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (APA)

AzVision.az


Teqlər: Qəza  





Xəbər lenti