Sülh Platforması yeni layihəyə başlayıb

Sülh Platforması yeni layihəyə başlayıb
  31 İyul 2018    Oxunub:4411
“Vahid Rusiyanın Gənc Qvardiyası”, “Dostluq Evi” (Volqoqrad) ictimai birliklərinin və “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”-nın dəstəyi ilə Rusiyanın Volqoqrad şəhərində aktiv gəncləri və Rusiyanın Orta Zolağının aparıcı Ali məktəblərinin tələbələrini birləşdirən yeni “Beynəlxalq Parlamentarizm Məktəbi” gənclər layhisinə start verilib. Layihənin məqsədi gəncləri sosial və siyasi fəaliyyətlərə cəlb etmək, onların bilik və bacarıqlarını artırmaqdır.
“Beynəlxalq Parlamentarizm Məktəbinin” geniş milli tərkibi gəncliyin nümayəndələrinə Rusiyada yaşayan xalqların mədəniyyəti və adət-ənənələri ilə Rusiyanın xaricində baş verən proseslərlə bilavasitə tanışlıq imkanı yaradır və beynəlxalq münaqişələrin həlli və qarşısını almaq üçün fəal mənəvi mövqelərinin inkişafı üçün mütləq şərait yaradacaq.

Layihənin vəzifələri haqqında danışaraq "Beynəlxalq Parlamentarizm Məktəbinin” koordinatoru, Ermənistan-Azərbycan Vətədaş Sülh Platformasının Rusiyada yaşayan təmsilçisi, “Dostluq Evinin”(Volqoqrad) gənclər bölməsinin sədri Tehran Hacıyev qeyd etdi: «Volqoqrad bölgəsində 120-dən çox millət yaşayır və vəzifəmiz etnik və konfessional əlaqələri gücləndirmək, sülh üçün şərait yaratmaq və müxtəlif millətlərin aktiv gənclərinin ümumi problemlərin birgə həlli üçün qarşılıqlı əlaqələrini təmin etməkdir.”

Proqram çərçivəsində təlim tədbirləri və Volqoqrad Regional Dumasının deputatları, ictimai və siyasi hərəkatların rəhbərləri və nümayəndələri və müxtəlif dini nümayəndələri ilə görüşlər planlaşdırılır.

Layihənin açılış mərasimində “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”-nın adından təbrik məktubu oxunub.

AzVision.az


Teqlər: Sülh-Platforması  





Xəbər lenti