Sosial yardımla bağlı yeniliklər olacaq - VİDEO
Yeniliklərdə əsas məqsəd şəffaflığın artırılması, bu yöndə ayrılan vəsaitlərin real olaraq ehtiyac sahiblərinə çatdırılmasının təmin edilməsidir.
Bundan başqa, 1997-ci ilə qədər şəhid olan və ya itkin düşən şəxslərin ailə üzvlərinə, ya da vərəsələrinə birdəfəlik ödənişlərin edilməsi ilə də bağlı ciddi işlər aparılıb. Belə ki, artıq siyahılar bəllidir və vərəsələrin bu hüquqlarını tanıyan notarial qaydada sənədlər hazır olandan sonra həmin şəxslər nazirlikdə elektron növbəyə duracaqlar.
Nazirliyin sözçüsü Fazil Talıblının sözlərinə görə, sentyabr ayına qədər şəhid aiələrinə və onların vərəsələrinə birdəfəlik ödənişlərin verilməsi ilə hazırlıqlar tam olaraq başa çatdırılacaq. (Xəzər TV)
AzVision.az
Teqlər: ƏƏSMN Sosial-yardım