Nazirliyə bir ayda 12 min müraciət edilib

Nazirliyə bir ayda 12 min müraciət edilib
  07 Avqust 2018    Oxunub:2275
Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142 - Çağrı Mərkəzi”nə 12 362 müraciət daxil olub.
Nazirlikdən AzVision.az-a verilən xəbərə görə, müraciətlər sosial təminat, əmək qanunvericiliyi, pensiya və müavinətlər, sosial sığorta, məşğulluğun təminatı, tibbi-sosial ekspertiza və reabilitasiya, əmək və sosial müdafiə sahəsində elektron xidmətlərdən istifadə və s. ilə bağlı məsələləri əhatə edib.

Onlardan 11 840 müraciət (müraciətlərin 95,8 faizi) qeyd olunan məsələlərlə bağlı sorğu xarakterli olub. Həmin müraciətlərin hər biri ilə əlaqədar vətəndaşlara hüquqi izahatlar verilərək, onların məlumatlandırılması təmin edilib. Digər müraciətlərdə əksini tapan məsələlər nazirliyin aidiyyəti struktur bölmələrində araşdırılaraq, müvafiq tədbirlər görülüb.

Ümumilikdə cari ilin yanvar-iyul aylarında “142 - Çağrı Mərkəzi” tərəfindən 97,8 mindən çox müraciət cavablandırılıb.

AzVision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti