Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb
  08 Avqust 2018    Oxunub:5504
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 75,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,63 dollar/barel çoxdur.
AzVision.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 6-da 74,40 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,68 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 6-da 70,77 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,55 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 6-da 72,63 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,19 dollar/barel çoxdur.

AzVision.az


Teqlər: Neft  





Xəbər lenti