Azərbaycan nefti bahalaşıb
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 7-də 74,65 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,25 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 7-də 70,99 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,22 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 7-də 72,72 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,09 dollar/barel çoxdur.
AzVision.az
Teqlər: neft