Texniki Şuralara 135 müraciət daxil olub
Xatırladaq ki, bu ilin may ayından başlayaraq sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması prosesinin müəyyənləşdirilmiş məbləğlər əsasında həyata keçirilməsinə başlanılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 27 aprel tarixli Qərarı ilə sahibkarların tələb olunan gücü 150 kilovata qədər (150 kilovat da daxil olmaqla, mövcud 0,4 kilovoltluq şəbəkədən) olan tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği təsdiq edilib. Qoşulma haqqı sifarişçinin tikinti obyektinin enerji təchizatı şəbəkəsinə 24 gün müddətində və ya istəyinə uyğun olaraq 12 gün müddətində qoşulmasına görə fərqli məbləğlərdə nəzərdə tutulub.
AzVision.az
Teqlər: ASAN-Kommunal Energetika-Nazirliyi