Gömrükçülərin siqaret əməliyyatı - VİDEO

Gömrükçülərin siqaret əməliyyatı - VİDEO
  09 Avqust 2018    Oxunub:10579
Dövlət Gömrük Komitəsinin əməkdaşları ölkə ərazisinə qanunsuz yolla gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısını alıblar.
Komitədən AzVision.az-a verilən məlumata görə, DGK Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə ölkənin gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən və üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan siqaretlərin Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən mənzildə saxlanılaraq "Mitsubushi Pajero" markalı minik avtomobili vasitəsilə şəhərin müxtəlif ərazilərindəki tütün məmulatı və spirtli içkilər satılan pərakəndə satış məntəqələrinə paylanması barədə məlumat daxil olub.



Bu məlumat əsasında DGK Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu Binəqədi rayonu ərazisində əməliyyat tədbiri keçirib. Bu zaman "Mitsubushi Pajero" markalı avtomobilin salonu və baqajında 10 ədəd müxtəlif ölçülü karton qutuda üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan cəmi 95380 ədəd müxtəlif adda siqaret aşkar olunub.





AzVision.az


Teqlər: Gömrük   Siqaret  





Xəbər lenti