Komitə sahibkarlara xəbərdarlıq etdi

Komitə sahibkarlara xəbərdarlıq etdi
  10 Avqust 2018    Oxunub:6761
“Qanunsuz tikililərlə bağlı monitorinqlər həyata keçirilir. Bəzi sahibkarlar tərəfindən sui-istifadə hallarına yol verilir. Bununla bağlı səlahiyyətimiz çərçivəsində addımlar atırıq, eyni zamanda aidiyyatı dövlət qurumları ilə əməkdaşlıq edirik”.
AzVision.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev deyib.

Komitə sədri sahibkarlara müraciət edib. O qeyd edib ki, tikinti zamanı müvafiq dövlət qurumundan icazə alınmalıdır: “İcazə sənədi olmadan tikinti işlərinə başlamaq olmaz. Bəzi hallarda bu sənəd olmadan tikinti işləri həyata keçirilir. Sahibkarlar işlərini qanun çərçivəsində qurmalıdırlar”.

Anar Kəlbiyev
Foto Elvin Abdulla

AzVision.az


Teqlər: Arxitektura   Sahibkar  





Xəbər lenti