Türkiyə dollardan imtina edir - Ərdoğandan mesaj

  11 Avqust 2018    Oxunub : 3549
Türkiyə dollardan imtina edir - Ərdoğandan mesaj
Türkiyə əsas ticarət tərəfdaşları olan Çin, Rusiya, İran və Ukrayna ilə hesablaşmaları milli valyutada aparmağa hazırlaşır.
AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında bildirib.

“Biz artıq Çin, Rusiya, İran və Ukrayna ilə milli valyutalarla ticarət aparmağa hazırlaşırıq. Əgər Avropa ölkələri də dolların təzyiqindən azad olmaq istəyirsə, onlarla da analoji sistemi yaratmağa hazırıq”, - deyə Ərdoğan bəyan edib.

AzVision.az

Teqlər: Türkiyə   Ərdoğan