Bakıda mühüm obyektlər istifadəyə verilib

Bakıda mühüm obyektlər istifadəyə verilib
  13 Avqust 2018    Oxunub:2900
Bu ilin yanvar-iyun aylarında Bakı şəhərində yüksəkgərginlikli avadanlıqlar zavodu, 110/35/10 kilovoltluq “Yasamal-1” və “Qobu”, 35/10-6 kilovoltluq 120 saylı elektrik yarımstansiyaları istifadəyə verilib.
Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, hesabat dövründə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binası, Bakı Şəhər Statistika İdarəsinin inzibati binası, Bona Dea Beynəlxalq Hospitalı, “Dinamo” oteli, Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağının tikintisi başa çatdırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti