Rubl və Lirə: Siyasətə qurban gedən iki valyuta
Ümumi cəhət odur ki, həm lirənin, həm də rublun eniş səbəbləri əsasən siyasi xarakterlidir. Hazırda hər iki milli valyuta ABŞ-ın sanksiyalarının təsirilə zəifləməkdədir. Belə ki, ötən həftə Senat Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləmiş, Tramp isə Türkiyədən idxal edilən xammala gömrük rüsumunun qalırıldığını bəyan etmişdi. Rusiyalı ekspertlər tezliklə 1 dolların 70 rubldan baha olacağını da istisna etmirlər.
İki valyutanın bu cür sürətlə zəifləməsi digər ölkələrin pullarına da təsir göstərib. “BRİCS ölkələri” adlanan qrupda Rusiya ilə birlikdə təmsil olunan Braziliya və CAR-ın milli valyutaları peso və rand da uyğun olaraq 3,1% və 2,7% zəifləyiblər. Qeyd edək ki, son vaxtlar Türkiyədə də BRİCS-ə üzvlüklə bağlı müzakirələr gedirdi.
Artıq Avropa Mərkəzi Bankı Türkiyədə bank böhranının başlayacağından və bu prosesin İspaniya, İtaliya, Fransa banklarına da təsirsiz ötüşməyəcəyindən narahatdır. Bu narahatlığın fonunda avro da dollar qarşısında 1%-ə yaxın zəifləyərək, $1,14-a düşüb.
Tariyel