ETSN-nin müəssisələrində qanun pozuntusu

ETSN-nin müəssisələrində qanun pozuntusu
  15 Avqust 2018    Oxunub:3486
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan meşə mühafizəsi və bərpası, hidrometeorologiya və balıqartırma müəssisələrində aparılan nəzarət tədbirləri ilə yerinə yetirilən işlərin həcminin artıq göstərilməsi hesabına, həmçinin faktiki olaraq yerinə yetirilməyən işlərə görə maşın və mexanizmlərə artıq yanacağın, sürtkü materiallarının silindiyi və fəhlələrə əmək haqqının ödənildiyi, mövcud qaydalarda nəzərdə tutulmadığı halda işçilərə mükafatın və əmək məzuniyyətində olan işçilərə əsassız olaraq əməkhaqqının ödənilməsinin sənədləşdirildiyi müəyyən olunub.
AzVision.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin bu ilin I yarısında apardığı nəzarət tədbirlərində bildirilib.

Qeyd olunub ki, işçilərə hesablanan əməkhaqlarından gəlir vergisinin tutulmadığı, müvafiq çağırış (dəvət) və zərurət olmadığı halda işçilərin ezamiyyətə göndərilməsinin rəsmiləşdirildiyi, işçilərin əməkhaqları üzrə aylıq ödəniş dərəcələrinin müəyyən edilən həddən artıq göstərilməsi hesabına artıq büdcə vəsaitinin xərcləndiyi, işçilərin plastik kartlarına onlara hesablanmış əməkhaqqı məbləğindən çox vəsait köçürüldüyü, faktiki olaraq işə davamiyyəti olmayan işçilərə əməkhaqqının ödənildiyi, malsatan təşkilata köçürülmüş vəsaitin müqabilində malların tam alınmadığı, müvafiq sənədlər olmadan maddi-məsul şəxslərin öhdəsindən material qiymətlilərinin əsassız olaraq silindiyi, balıqların yetişdirilməsi ilə əlaqədar müvafiq qaydada təsdiq edilən normadan artıq qida məhsullarının silindiyi kimi nöqsanlar aşkar olunub.

AzVision.az


Teqlər: Ekologiya   Nazirlik   Maliyyə  





Xəbər lenti