Bakıda Alman-Azərbaycan biznes forumu keçiriləcək

Bakıda Alman-Azərbaycan biznes forumu keçiriləcək
  15 Avqust 2018    Oxunub:1470
9 oktyabr 2018-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Almaniyanın Şərq Komitəsi və Şərqi Avropa İqtisadi Birliyinin dəstəyi ilə Bakıda “Azərbaycanda Enerji və İKT” mövzusuna həsr olunmuş Alman-Azərbaycan Biznes Forumunu təşkil edəcək.
Tədbirin əsas məqsədi Alman şirkətləri və onların Azərbaycanlı tərəfdaşlarının layihə və təkliflərini təqdim etmək və işgüzar əməkdaşlıq üçün mövcud imkanları müəyyən etməkdir. Forumun əsas mövzusunu Enerji və İKT sektorlarında islahatlar və tərəfdaşlıq üçün perspektivlər təşkil edir. Forumun açılış mərasimində Azərbaycan hökumətinin yüksək vəzifəli nümayəndələrinin iştirakı gözlənilir.

Forumda iştirak ödənişsizdir. Tədbir ingilis dilində keçiriləcək və Azərbaycan dilinə tərcümə olunacaq.

AzVision.az


Teqlər: Forum  





Xəbər lenti