Təhsil müəssisələrində qanun pozuntusu aşkarlandı

Təhsil müəssisələrində qanun pozuntusu aşkarlandı
  15 Avqust 2018    Oxunub:1681
Təhsil Nazirliyinin tabeçiliyində olan ali və orta ixtisas təhsili müəssisələrində aparılan nəzarət tədbirləri ilə nəzarət obyektinin özünün maddi-texniki bazasının və kadr potensialının olmasına baxmayaraq elektron şəbəkə vasitəsi ilə keçirilən imtahanlar üçün istifadə olunan proqram təminatının tətbiqi sahələrinin genişləndirilməsinə, yazılı imtahanların təşkili, qiymətləndirmə üsullarının dəqiqləşdirilməsi və yazılı imtahan biletlərinin mərkəzi sistem vasitəsi ilə avtomatik hazırlanmasının həyata keçirilməsi üçün “TEST Virtual Təhsil Sistemi (imtahan) proqramı”na xidmət üçün kənar təşkilata hər il xeyli məbləğdə vəsait ödənildiyi müəyyən olunub.
AzVision.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin bu ilin I yarısında apardığı nəzarət tədbirlərində bildirilib.

Məlumatda qeyd olunub ki, liftlərə xidmət üçün özünün kifayət qədər işçilərinin, o cümlədən texniki işçilərinin olmasına baxmayaraq, liftlərin istismarına texniki xidmət adı ilə kənar təşkilata xeyli məbləğə vəsait ödəndiyi, malların (iş və xidmətlərin) satınalma müsabiqələri keçirilmədən alındığı, yerinə yetirilməsi sənədləşdirilmiş işlərin dəyərinin əsassız olaraq şişirdildiyi və bu hesaba podratçı təşkilatlara artıq vəsait ödənildiyi, büdcədənkənar vəsaitlərin uçotunun aparılmadığı və mədaxil edilmədən müxtəlif məqsədlərə xərcləndiyi və digər bu kimi nöqsanlara yol verildiyi aşkar olunub.

Təhsil Nazirliyinin rayon (şəhər) təhsil şöbələrində aparılan nəzarət tədbirləri ilə müvafiq qaydada uşaqların sayı üçün müəyyən edilən həddə əməl edilmədən əlavə sinif kompleklərinin təşkil edildiyi, müvafiq ixtisas təhsilli müəllim olmadığı halda siniflərin iki hissəyə bölündüyü, məktəbdənkənar müəssisələrdə fakultativ və dərnək məşğələlərinin keçirilməsi jurnallarla təsdiq edilmədiyi halda həmin məşğələlərə görə əməkhaqqının ödənildiyi, pedaqoji işçilərin aylıq ödəniş dərəcələrinin yüksək göstərilməsi hesabına onlara xeyli məbləğdə əməkhaqqının artıq ödənildiyi, mövcud qaydaların tələblərinə zidd olaraq bəzi fənlərin tədrisinin müvafiq ixtisas təhsili olmayan müəllimlərə həvalə edildiyi, faktiki olaraq işə gəlməyən işçilərə əməkhaqqı ödənildiyi, işçilərin razılığı olmadan onların əməkhaqlarından tutularaq vəsaitin müxtəlif qurumlara köçürüldüyü, ezamiyyə xərcləri barədə müvafiq normalara əməl etmədən işçilərə artıq ezamiyyə xərclərinin ödənildiyi və digər bu kimi nöqsanlara yol verildiyi müəyyən edilib.

AzVision.az




Teqlər: Təhsil   Nazirlik   Nöqsan  





Xəbər lenti