Gömrükdə növbəti qaçaqmalçılığın qarşısı alınıb

Gömrükdə növbəti qaçaqmalçılığın qarşısı alınıb
  15 Avqust 2018    Oxunub:1334
Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Türkiyə Respublikasından Azərbaycan Respublikasına idxal gömrük proseduru altında daxil olan yük avtomobili "HCVG vizual - Smiths Detection" yoxlama-baxış sistemindən keçirilib və bu zaman monitorda yük-müşayiət sənədlərində göstərilən mallarla uyğun olmayan təsvirlər görünüb.
Dövlət Gömrük Komitəsindən AzVision.az-a verilən məlumata görə, Türkiyə vətəndaşının idarə etdiyi "Renoult" markalı yük nəqliyyat vasitəsinə təkrar baxış zamanı, gömrük orqanına bəyan olunmayan 63 ədəd "Freon® ;404A" markalanma yazısı olan qaz balonları aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Gömrük   DGK  





Xəbər lenti