Bruselyoza qarşı profilaktik tədbirlər aparılır

Bruselyoza qarşı profilaktik tədbirlər aparılır
  15 Avqust 2018    Oxunub:2213
Respublikanın hər yerində olduğu kimi, Ağsuda da insanların və müxtəlif heyvanların yoluxucu xəstəliyi olan bruselyoza qarışı profilaktik tədbirlər davam etdirilir.
Kənd Təsərrüfatı Nazirliyindən AzVision.az-a verilən məlumata görə, hazırda Ağsuda iribuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyinə qarşı profilaktik tədbirlər aparılır. Rayonun Hacıqədirli, Ərəbuşağı, Kalva, Nuran, Gəgəli, Sarvan və digər kəndlərində cavan iribuynuzlu heyvanlarda bruselyoz xəstəliyinə qarşı peyvəndləmə işləri aparılır. Peyvəndləmə Türkiyə istehsalı olan “Brudoll-A” vaksini ilə 3-8 aylıq dişi (damazlıq) heyvanlara göz-damcı üsulu ilə sağ qulağa nişan vurmaqla həyata keçirilir. İndiyə kimi rayon ərazisində bruselyoz xəstəliyinə qarşı 4500 baş iribuynuzlu, 19100 baş xırdabuynuzlu heyvanda peyvənd işi aparılıb. Epizootik plana uyğun olaraq peyvəndləmə tədbirinin 6200 baş iribuynuzlu heyvanda aparılması nəzərdə tutulur.



Eyni zamanda bruselyoz xəstəliyinin diaqnostikası məqsədilə 7105 baş iribuynuzlu heyvandan, 2508 baş qoçdan qan nümunələri götürülərək seroloji müayinə olunub.

2018-ci ilin yanvar-iyul ayları ərzində bruselyoz xəstəliyinə qarşı 1462309 baş xırdabuynuzlu heyvanda “Rev-1” vaksini ilə, 329461 baş iribuynuzlu heyvanda “S-19” vaksini ilə peyvəndləmə işləri aparılıb. Hal-hazırda ölkə ərazisində bu xəstəliyə qarşı peyvəndləmə tədbirləri davam etdirilir.



Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə bu il 513040 baş iribuynuzlu, 150652 baş xırdabuynuzlu heyvanlardan qan nümunəsi alınaraq seroloji müayinə edilib.

AzVision.az


Teqlər: KTN   Ağsu  





Xəbər lenti