Bu il əsas kapitala 7,4 milyard vəsait qoyulub

Bu il əsas kapitala 7,4 milyard vəsait qoyulub
  20 Avqust 2018    Oxunub:5167
Cari ilin yanvar-iyul aylarında əsas kapitala 7 milyard 457,3 milyon manat məbləğində, yaxud 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,9 faiz az vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olub. Qeyri-neft sektoruna yönəldilən vəsaitin həcmi isə 19 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 65,5 faiz artıb.

İstifadə olunmuş vəsaitin 5 milyard 300,9 milyon manatı və ya 71,1 faizi məhsul istehsalı obyektlərinin, 1 milyard 575,6 milyon manatı (21,1 faizi) xidmət sahələri üzrə obyektlərin, 580,8 milyon manatı (7,8 faizi) isə ümumi sahəsi 1097,1 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin 4 milyard 222,6 milyon manatını və ya 56,6 faizini daxili vəsaitlər təşkil edib. Həmçinin 5 milyard 405,7 milyon manat və ya 72,5 faiz bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

AzVision.az


Teqlər: Statistika   Kapital  





Xəbər lenti