Neftin qiyməti bahalaşıb

  21 Avqust 2018    Oxunub : 4760
Neftin qiyməti bahalaşıb
Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb.
AzVision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,10 dollar bahalaşaraq 72,31 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,26 dollar artaraq 66,69 dollar olub.

Azərbaycan neftinin qiyməti isə cüzi ucuzlaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,02 dollar ucuzlaşaraq 73,43 dollar təşkil edib.

AzVision.az

Teqlər: Neft