Bakı Fond Birjasının dövriyyəsi 2,4 dəfə artıb
Bakı Fond Birjasının dövriyyəsinin 5,416 milyard manatı törəmə maliyyə alətlərinin payına düşüb. Dövlət qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 6,578 milyard manat, səhm bazarı üzrə əqdlərin dəyəri 103 milyon manat, istiqraz bazarı üzrə əqdlərin dəyəri 405 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri isə 503 milyon manat olub.
AzVision.az