Bakı ilə Minvodını sürət qatarı birləşdirəcək
Rusiya Federasiyasının Şimali Qafqaz Məsələləri üzrə Nazirliyinin nəzdində yaradılan işçi qrupu layihənin əsas məqsədini - sərnişinlərin Bakıdan Minvodıya daha tez çatmasını və onların rahatlığının artırılmasını nəzərə almaqla, qatarın xəttə buraxılması üzrə yol xəritəsi hazırlayacaq. Sürət qatarının Minvodıdan Dərbəndə 3,5, Bakıya isə 4,5 saata çatması nəzərdə tutulur.
Stavropol diyarının turizm və sanatoriyalar naziri Aleksandr Truxaçev bildirib ki, Bakı və Mineralnıe Vodı kimi iki nəhəng aqlomerasiyanı birləşdirəcək bu nəqliyyat layihəsi birmənalı olaraq sərfəlidir. Sürət qatarının istifadəyə verilməsi sağlamlıq, müalicə və reabilitasiya üçün sanatoriyalara gələnlərin sayının artmasına imkan yaradacaq.
AzVision.az