Bakıya gələn ərəblərin sayı artıb, iranlılar isə kəskin azalıb

Bakıya gələn ərəblərin sayı artıb, iranlılar isə kəskin azalıb
  24 Avqust 2018    Oxunub:6572
Azərbaycana səfər edən əcnəbilərin sayında ötən ilin iyul ayına nisbətdə 5.2 faiz, yanvar-iyul aralığına olan nisbətdə isə 9.3% artım müşahidə olunur.

Bu barədə AzVision.az-a Dövlət Turizm Agentliyindən məlumat verilib. Bildirilib ki, 2018-ci ilin iyul ayında Azərbaycana səfər edən əcnəbilərin sayı ötən il ilin eyni ayı ilə müqayisədə 5,3% artaraq 330 minə çatıb.
Cari ilin iyul ayında ölkəyə səfər edən əcnəbilərin təqribən üçdə bir hissəsini (119 min nəfər) Rusiya vətəndaşları təşkil edir. Digər 20 fazi və 15 faiz əcnəbilər isə Yaxın Şərq və Gürcüstanın payına düşür. Ümumən götürdükdə, qeyd edilən ölkələrdən gələnlər Azərbaycana səfər etmiş xarici əcnəbilərin 70%-ni təşkil edir.

Yaxın Şərq bölgəsindən səfər edən əcnəbilərin sayında ötən ay ilə müqayisədə 30 fazi artım müşahidə olunur. Bu artımın böyük hissəsini Səudiyyə Ərəbistanından gələn qonaqlar təşkil edir. Daha bir böyük artım, 63 fazi, Cənubi və Şərqi Asiya bölgələrindən səyahət edənlər arasında müşahidə olunsa da, onların sayı, 24 min nəfər olmaqla, Respublikaya səfər edənlərin ümumi sayının 7 fazini təşkil edir.



Qonşu ölkələrin bəzilərində isə cüzi artım və ya cüzi azalma müşahidə olunmaqdadır. Belə ki, Rusiya və Türkiyədən gələn qonaqların sayı müvafiq olaraq 2% və 1% azalıb, Gürcüstandan gələnlərin sayı isə 5% artıb. Digər tərəfdən, İrandan gələn əcnəbilərin sayında 35%-ə qədər ciddi azalma mövcuddur.

2018-ci ilin ilk yeddi ayında Azərbaycana səfər edən səyahətçilərin sayı 1,65 milyondan çox olaraq ötən ilin analoji dövrü ilə müqayisədə 9,3% artıb. Bu axının böyük hissəsi, 1.5 milyon və ya 31.5%, Rusiyadan olan səyahətçilərin payına düşür. Gürcüstan (20%), Yaxın Şərq bölgəsi (13%), Türkiyə (10%) və İran (10%), həmçinin, əcnəbi axının digər əhəmiyyətli mənbələri sayılırlar.



2018-ci ilin Yanvar-İyul ayları aralığında Azərbaycana xarici ölkələrdən səfər edənlərin, xüsusilə, Gürcüstandan (9%) və Yaxın Şərq bölgəsindən (54%) gələnlərin sayında artım mövcuddur. Yaxın Şərq bölgəsindən səfər edənlərin (58 min nəfər) böyük bir hissəsini BƏƏ vətəndaşları təşkil edir. Lakin qeyd etmək lazımdır ki, keçən ilin İyul ayı ilə müqayisədə BƏƏ vətəndaşları arasında 3% azalma müşahidə olunmaqdadır. Səudiyyə Ərəbistanından Azərbaycana 42 minə yaxın səyahətçi gəlib və bu rəqəm 2017-ci ilin göstəricisi ilə müqayisədə iki dəfədən artıq göstəricidir. İraq (25%), Küveyt (227%), Oman (17%) və İsraildən (240%) gələn ziyarətçilərin sayında da əhəmiyyətli dərəcədə inkişaf nəzərə çarpmaqdadır. 2018-ci ilin Yanvar-İyul ayları aralığında Cənubi və Şərqi Asiya ölkələrindən 112 minə yaxın səyahətçi ölkəmizə səfər edib və bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 57% artım təşkil edib. Bu bölgələrdən olan axının əsas hissəsini Qazaxıstan (5%), Pakistan (209%), Hindistand (188%) və Türkmənistandan (80%) olan səyahətçilər təşkil ediblər. İrandan səfər edənlərin sayı isə 166 min nəfər olmaqla, ötən ilin analoji dövrü ilə müqayisədə 21% azalma təşkil edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti