Naxçıvanda 31 milyona yaxın kredit verilib

Naxçıvanda 31 milyona yaxın kredit verilib
  25 Avqust 2018    Oxunub:5222
Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılıb, 2018-ci ilin yanvar-iyul aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 30 milyon 760 min 400 manat məbləğində kreditlər verilib.
AzVision.az xəbər verir ki, bu, bir il öncəki göstəricidən 2,3 dəfə çoxdur. Verilmiş kreditlərin 3 milyon 141 min 800 manatı və yaxud 10,2 faizi qısamüddətli, 27 milyon 618 min 600 manatı və yaxud 89,8 faizi uzunmüddətli kreditlər olub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Naxçıvan   Kredit   Bank  





Xəbər lenti