“Azərikimya” üçün 350 milyon dollar kredit alınacaq

“Azərikimya” üçün 350 milyon dollar kredit alınacaq
  25 Avqust 2018    Oxunub:5623
“Azərikimya”da rekonstruksiya işlərinin aparılması üçün 350 milyon ABŞ dolları məbləğində kredit cəlb ediləcək.
AzVision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da deyilir.

Sənəddə qeyd olunur ki, 2018–2025-ci illərdə “Azərikimya” İB-də rekonstruksiya işlərinin aparılmasına dövlət zəmanətli 350 milyon dollar kredit cəlb olunacaq.

Qeyd edək ki, hazırda “Azərikimya” İB-də texnoloji qurğuların yenilənməsi üzrə işlər tam gücü ilə davam edir. Bununla yanaşı, müəssisədə yeni qurğuların və yardımçı sahələrin inşası işləri aparılır. İstehsalat Birliyi üzrə yenidənqurma işləri 2019-cu ildə başa çatdırılacaq.

AzVision.az


Teqlər: Azərkimya  





Xəbər lenti