100 milyon manatlıq dövlət qiymətli kağızları buraxılacaq

100 milyon manatlıq dövlət qiymətli kağızları buraxılacaq
  25 Avqust 2018    Oxunub:6302
2018–2025-ci illərdə əlavə olaraq 100 milyon manatlıq dövlət qiymətli kağızlarının buraxılması nəzərdə tutulur.
AzVision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da deyilir.

Sənəddə qeyd olunur ki, mövcud daxili dövlət borcu üzrə dövlət istiqrazları və Mərkəzi Bank qarşısındakı öhdəliklərin 2023-cü ilədək tamamilə ödəniləcəyi nəzərdə tutulur.

Hazırda qısamüddətli (1 illik) və ortamüddətli (2 və 3 illik) dövlət istiqrazları buraxılır. 2018–2025-ci illərdə hər il mövcud dövlət istiqrazları üzrə xidmət xərclərini ödəyəcək məbləğdə və əlavə olaraq 100 milyon manat məbləğində əlavə dövlət qiymətli kağızlarının buraxılması nəzərdə tutulur.

Daxili bazarın inkişafını təmin etmək məqsədilə daxili dövlət borcunun illər üzrə tədricən artması proqnozlaşdırılsa da, bu borcun hər il emissiya ediləcək dövlət istiqrazları hesabına yenidən maliyyələşdirilməsi nəticəsində dövlət büdcəsi üzərinə ağır yük düşməyəcək. Lakin bununla belə, məlum olduğu kimi, “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus problemli aktivlərin alınmasının və idarə edilməsinin maliyyələşdirilməsi üçün dövlət zəmanəti ilə ümumi həcminin yuxarı həddi təqribən 10 milyard manat olan istiqrazların buraxılışını həyata keçirmişdir və bu istiqrazlar üzrə əsas borc ödənişləri 2020-ci ildən etibarən başlayacaq. Strategiyada bu öhdəliklərə “Aqrarkredit” QSC tərəfindən xidmət ediləcəyi nəzərdə tutulub. Lakin Cəmiyyət borca xidmət xərclərini ödəməyəcəyi təqdirdə, zaminlik şərti əsasında öhdəliklərə dövlət büdcəsindən xidmət edilməsi fiskal yükün artmasına gətirib çıxara bilər.

AzVision.az


Teqlər: Qiymətli-kağız  





Xəbər lenti