"Ulduzum"la xaricə səyahət lotereyasının qalibləri müəyyənləşib
Qeyd edək ki, 18 may-18 avqust 2018-ci il tarixləri arasında keçirilmiş lotereyanın bütün iştirakçıları yani “Bank of Baku”nun xidmətlərindən faydalanan minlərlə “Bakcell” abunəçisi mobil operatordan bol-bol dəqiqələr, pulsuz internet paketləri və “Bank of Baku”dan xüsusi endirimlər qazandılar.
Bu günə kimi Bakcell abunəçilərinin 2.9 milyon nəfəri “Ulduzum” loyallıq proqramının təqdim etdiyi 250-dən artıq biznes tərəfdaşın xidmətlərindən yararlanmaq üçün bu proqrama qoşulub. “Ulduzum” loyallıq proqramı “Bakcell” abunəçilərinə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin öz abunəçilərinin və proqramın tərəfdaşları olan şirkət müştərilərinin sadiqliyini təşviq etməklə təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda belə ən yaxşı müştəri xidməti göstərən proqramlardan biridir.
Hər bir Bakcell müştərisi “Ulduzum”a qoşula bilər. Bunun üçün heç bir abunə haqqı tələb edilmir. Loyallıq proqramında iştirak etmək üçün “1” rəqəmini 5555 nömrəsinə SMS vasitəsilə göndərmək kifayətdir. Həmçinin, proqramdan istifadəni daha da rahat etmək üçün yaradılmış “Ulduzum” mobil əlavəsi iOS və Android platformalarında çalışan cihazlar üçün www.ulduzum.az saytından yüklənilə bilər.
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.
7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”).
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.
AzVision.az
Teqlər: Bakcell