Bakı əhalisi ərzaq, içki və siqaretə 5 milyarda yaxın pul xərcləyib

Bakı əhalisi ərzaq, içki və siqaretə 5 milyarda yaxın pul xərcləyib
  31 Avqust 2018    Oxunub:7197
2018-ci ilin yanvar-iyul aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 3 faiz artaraq 10 milyard 941,8 milyon manat olub.
Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz artaraq 4 milyard 942,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3 faiz artaraq 5 milyard 999,1 milyon manata bərabər olub.

İstehlak məhsullarının 23,7 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 62,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,5 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsi vasitəsilə 22,1 milyon manatlıq və ya 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 15,9 faiz az istehlak məhsulları satılıb.

AzVision.az


Teqlər: Statistika  





Xəbər lenti