Sosial evlərin satışı niyə dayandırıldı?
“Saat 11:00 üçün nəzərdə tutulan mənzil seçimi prosesi vaxtında başlamamışdı. Yəni vətəndaşlar mənzil seçimini etməyiblər ki, saytda da çökmə olsun. Keçən dəfə vətəndaşlar mənzillərini seçmişdilər və çökmə olmuşdu. Hazırda isə seçim prosesi belə həyata keçirilməyib. Sadəcə proses saat 11:00 üçün nəzərdə tutulmuşdu, vaxt bu gün saat 15:00-a keçirilib”.
D.Dadaşova bildirib ki, mənzillərin satış vaxtının dəyişdirilməsinin səbəbləri ictimaiyyətə daha sonra açıqlanacaq. Qurum sözçüsü qeyd edib ki, 324 mənzil bu gün saat 15:00-dan etibarən satışa çıxarılacaq.
Qeyd edək ki, MİDA mənzil seçimi prosesinin bu gün saat 11:00-da başlanacağını elan etsə də, sonradan vətəndaşlara müraciət edərək prosesin bugün saat 15:00-dan etibarən aktivləşdiriləcəyini bildirib.
Aytən Zəhra
AzVision.az
Teqlər: